Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb

15.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Masallı Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni oftalmoloji kabinet fəaliyyətə başlayıb.

TƏBİB-dən XQ-yə verilən məlumata görə, kabinetdə ilk dəfə Biləsuvar və Lənkəran sakinləri olan iki pasiyent üzərində katarakta əməliyyatları uğurla icra olunub. Qeyd edək ki, əməliyyatları icra edən uzman həkim-oftalmoloq Astan İbayev Türkiyədə təhsilini başa vurduqdan sonra həmin ölkədə ixtisası üzrə fəaliyyət göstərib. Hazırda o, Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışır.

Yeni kabinetdə kataraktla yanaşı, qlaukoma, ptoz, göz qapağı və göz yaşı kanalları üzrə əməliyyatların, xalazionun müalicəsinin, eləcə də digər göz xəstəlikləri üzrə müayinə, müalicə və cərrahi xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sözügedən kabinetin istifadəyə verilməsi Masallı və ətraf rayonların sakinlərinə oftalmoloji xidmətlərin yerində və daha əlçatan şəkildə göstərilməsinə imkan yaradacaq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью