Masallıda 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

22.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Masallı, 22 may, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən, ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью