Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur

03.11.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masallı rayonundan olan 15 yaşlı Səma Mirverdiyeva Ramiz qızının qaçırıldığı iddia edilir.

Milli.Az xəbər verir ki, qızın atası Ramiz Mirverdiyevin sözlərinə görə, hadisə sentyabrın 7-də baş verib. Onun iddiasına əsasən, qızı rəfiqəsinin yanına gedib və orada rəfiqəsinin qardaşı, 19 yaşlı Asəf İlham oğlu tərəfindən qaçırılıb. Qızın 8 Noyabr prospektinə aparıldığı təxmin edilir.

Ata qeyd edib ki, bir aydır qızından xəbər ala bilmir. O, həmçinin Faiqmə İlham qızının yanına getdikdən sonra Səma ilə əlaqənin kəsildiyini bildirib.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью