Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

22.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Masallıda 18 yaşlı qız itkin düşüb. 

“Qafqazinfo” xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью