Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

22.05.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallıda 18 yaşlı qız itkin düşüb. 

Avtosfer.az xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva mayın 11-i saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью