Masallıda 3 otaqlı ev yandı

17.05.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

"Unikal" xəbər verir ki, evin dəhlizinin və mətbəxinin tavanı 52 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 64 m² olan talvarın (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və altında olan 8 ədəd dəzgah yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью