Masallıda 7 kq narkotik aşkarlanıb

23.06.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Masallıda 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью