Masallıda 8 ci sinif şagirdi itkin düşdü

23.09.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gecə Masallıda yeniyetmə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu Ümid Tağıyevin itkin düşdüyünü bildirib.

O qeyd edib ki, övladı orta məktəbin 8-ci sinif şagirdidir və sentyabrın 22-si, saat 23 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью