Masallıda acınacaqlı vəziyyət: Həyətləri su basdı, təsərrüfata CİDDİ ZİYAN DƏYDİ | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Masallı rayonunun Mollaoba kəndinin sakinlərindən birinin həyətini su basıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Masallıda acınacaqlı vəziyyət: Həyətləri su basdı, təsərrüfata CİDDİ ZİYAN DƏYDİ Görüntüdə kənd sakini yaranmış vəziyyətdən narazılığını ifadə edərək təsərrüfatına ciddi ziyan dəydiyini bildirib: "Bir dəfə də belə hal yaşanmışdı.
Qoyunlarım məhv oldu. Bizə cəmi 100 manat pul verdilər. Bütün həyət-bacamız su içindədir".
Sosial şəbəkədə kənd sakinləri həyətləri sel basmasına səbəb kimi yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan kanalın tullantılarla doldurulmasını və istiqamətinin dəyişdirilməsini göstəriblər.
"Kənd sakinləri kanalı zibillə dolduranda belə olacağı əvvəlcədən düşünülməli idi", - deyə sakinlərdən biri yazıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi nümayəndəliyi yaranmış vəziyyətdən xəbərdardır: "Aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşa köməklik göstəriləcək". Əzizə İsmayılova Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu