Masallıda ağacəkmə aksiyası təşkil olunub AZƏRTAC

25.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Masallı, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC

Masallı rayonu Tatyanoba kəndinin Yeyənkənd meşəbəyliyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov iştirak ediblər.

Meşə dolayı ərazisində həyata keçirilən tədbir zamanı ümumilikdə 3500-ə yaxın müxtəlif növ ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью