Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Masallı rayonunda baş vermiş seksual xarakterli
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əvvəlki hökmə əsasən qalan cəza ilə birləşdirilərək, ümumi cəza 18 il olaraq müəyyən olunub.
BAKU.WS-in məlumatına görə, hadisə 2 iyun 2025-ci il tarixində Masallı rayonunun Bədəlan kəndində baş verib.
Təqsirləndirilən şəxs qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü (hadisə vaxtı 12 yaşlı) zərərçəkmiş uşağı evə dəvət edib.
Uşağı stol çıxartmaq bəhanəsi ilə evə gətirən təqsirləndirilən şəxs, onun köməksiz vəziyyətindən istifadə edərək, ölüm hədəsi ilə qorxudub və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, lakin uşağın razılığı olduğunu iddia edib.
Məhkəmə bu iddianı uydurma hesab edərək rədd edib və təqsirləndirilən şəxsin məsuliyyəti yüngülləşdirmək məqsədi güddüyünü qeyd edib.