Masallıda birmərtəbəli ev yandı

08.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Masallı rayonunun Böyük Xocavar kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью