Masallıda “BMW” anidən alışdı FHN cəlb olundu VİDEO

02.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Masallı rayonunda avtomobil anidən alışaraq yanıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 1-də səhər saatlarında Bəndəlan kəndində qeydə alınıb. Belə ki, park edilmiş  90-KX-083 dövlət nömrə nişanlı “BMW” markalı maşın anidən tüstülənməyə başlayıb. İddialara əsasən, yanğın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə insan olmayıb.

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Avtomobil qısa müddətdə zərərsizləşdirilib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью