Masallıda çayda üzərkən ağır xəsarət alan 23 yaşlı gənc xəstəxanada vəfat edib

27.07.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью