Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Masallı rayonunda 21 yaşlı şəxs 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Mirsahib Əzizov spirtli içki qəbul edərək evlərinə gəlib.
O, evlərində olan stol və divanı həyətə çıxarmaq istəsə də, tək olduğundan gücü çatmayıb. Buna görə də o, həyətə çıxıb, köməkçi axtarıb.
Həmin vaxt o, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü Hikmətin evlərinə su apardığını görüb. O, Hikməti köməyə çağırıb.
Hikmət su qabını küçədə yerə qoyub, Mirsahibə köməyə gəlib. Mirsahib Hikmətin evə daxil olduğunu görüb qapını bağlayıb və ona seksual təklif
Uşaq bundan imtina etsə də, Mirsahib onu ölümlə hədələyib. Daha sonra o, Hikmətlə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Daha sonra Mirsahib ona yenidən hədə-qorxu gələrək, bu barədə kiməsə deyəcəyi təqdirdə onu öldürəcəyini bildirib.