Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Masallının Xallıcallı kəndində əkin sahələrini su basıb.
Kənd sakinlərinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, dağlarda əriyən qar Viləşçay vasitəsilə Xallıcallı kəndində əkin sahələrini basıb, hektarlarla taxıl sahəsi suyun altında qalıb.
Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır.