Masallıda faciə: İki qardaş balığa getdi, biri öldü

21.07.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallıda qardaşı ilə balıq tutmağa gedən 20 yaşlı gənc kanalda boğulub.

2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən, təxminən, 500 metr məsafədə yerləşən Şərəfə kanalına gələrək balıq tutan zaman kanala düşüb.

O, kanalda boğularaq ölüb, meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью