Masallıda gənc qadın xəstəxanada meningitdən öldü YENİLƏNİB

11.01.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 4-də saat 00:20-də 30 yaşlı qadın dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.

***
11:53

Masallıda gənc qadın dərmandan zəhərlənib.

Lent.az xəbər verir ki, Babaser kənd sakini 30 yaşlı Ağayeva Dünya Güləbala qızı yanvarın 4-də naməlum dərmandan zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, o, yanvarın 10-da həmin xəstəxanada ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью