Masallıda idman bayramı ŞƏRH

05.10.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masallıda Əməkdar məşqçi, SSRİ idman ustası, məşhur pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXX ənənəvi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaqub Məmmədovun 80 illik yubileyi münasibətilə sərbəst güləş üzrə yeniyetmələr (U17) arasında təşkil olunan Lənkəran-Astara regionun açıq turniri başa çatıb.
Masallı Olimpiya İdman Kompleksində 3 oktyabrda keçirilən, iki gün davam edən turnirin açılış mərasimində əvvəlcə görkəmli şəxsiyyət, dahi dövlət xadimi, bütün türk xalqının böyük oğlu Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin, eləcə dünyasını dəyişən idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan tədbirdə çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, “Şöhrət” ordenli yubilyar Yaqub Məmmədov, Nadir Ağayevin yetirməsi Azərbaycanın Fəxri Bədən tərbiyəsi və idman işçisi, Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşkur Qasımov hər iki güləşçinin Azərbaycan idmanında tutduğu mövqedən söhbət açıb, mötəbər yarışlarda qazanılan bütün uğurları ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndiriblər.
Həmçinin Nadir Ağayevin, Yaqub Məmmədovun güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışan natiqlər bildiriblər ki, ölkə güləşinin tanınmış bu iki simasının yetirmələri ənənəyə sadiq qalaraq bu gün də ölkəmizi beynəlxalq və yerli yarışlarda layiqincə təmsil edir, Vətənimizə başucalığı gətirirlər. Onların qazandığı hər bir uğur zəngin güləş ənənələrinin böyük həvəslə davamından irəli gəlir.
Yarışın təşkilində əsas məqsədə toxunan natiqlər qeyd ediblər ki, burada hər iki idman fədaisinin keçdiyi şərəfli yolun təbliği, yeniyetmələr arasında güləşin inkişafı və kütləviliyi, idmançılar arasında dostluq əlaqələrinin daha da sıx olmasının, onların vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlər seçməkdən ibarətdir.
80 illik yubileyi münasibətilə Yaqub Məmmədov, Çingiz Həşimov, turnirin sponsoru Məşkur Qasımov təşkilat komitəsinin fəxri fərmanı və xatirə hədiyyələrinə layiq görülüblər. Tədbirin bədii hissəsində tanınmış müğənni Firudin Səfərov və “Masallı” rəqs qrupu üzvlərinin ifasında nümayiş olunan musiqi nömrələri könüllər xoş ovqat gətirib.
Açılış mərasimindən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib. Turnirdə 2009-2011-ci il təvəllüdlü (U-17) yunan-Poma güləşçiləri 10, sərbəst güləşçilər isə 5 çəki dərəcəsində respublikanın müxtəlif rayon və şəhərlərdən 22 komandanın tərkibində 300 idmançı qələbə uğrunda gərgin mübarizə qatılıblar.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda qalib güləşçilər təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Komanda hesabında meydan sahibləri- yunan-Roma güləşi üzrə Məhəmməd Musalı 45 kilo çəki dərəcəsində birinci, eyni dərəcədə güləşən Mirhəsən Tahirov ikinci, 48 çəkili idmançı Polad Gülverdiyev birinci, 80 kilo çəki dərəcəsində güləşən Vəliməhəmməd Məmmədov ikinci və 92 çəki dərəcəsində xalça üzərinə çıxan Tural Eynullayev isə üçüncü yeri tutublar. Sərbəst güləşdə də masallılar üstün çıxıblar. Turnirin qalibi onlar olublar. Sumqayıt idmançıları ikinci, Göyçay pəhləvanları isə üçüncü mükafatı qazanıblar. Hər üç komandaya kuboklar təqdim edilib.

Nadir Ağayevin qohumu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bölgə üzrə koordinatoru Akif Ağayev turnirin təşkilinə görə, Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına minnətdarlıq edib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью