Masallıda idman şəxs qəfil öldü

02.03.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib.

Modern.az xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb.

Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib.

Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью