Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Masallı rayonu, Musaküçə kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 1-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-NJ-092 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın, 99-FC-183 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün əks istiqamətli yola çıxması olub. Nəticədə o, qarşı tərəfdən gələn maşına çırpılıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin