Masallıda məktəbli qızlar arasında kütləvi dava...

01.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masallı rayonunda məktəblilər arasında insident olub.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun Şərəfə kənd tam orta məktəbində qeydə alınıb.

Məlumata əsasən, məktəbdə təhsil alan bir neçə qız şagird kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli qızı döyərək ona xəsarətlər yetiriblər. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkən 2009-cu il təvəllüdlü qızın sol bud və kürək nahiyəsində zədələr aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью