Masallıda pay torpaqlarında baş verən yanğın söndürülüb FOTOLENT

27.07.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Masallının Böyük Kolatan kəndindəki yanğın qısa müddətdə söndürüldü

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Böyük Kolatan kəndində pay torpaqları sahəsində yanğın baş verib.

Hadisə nəticəsində ərazidəki müəyyən bitki örtüyü ziyan görüb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər sayəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью