Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Masallıda polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı yabanı halda yetişən narkotik tərkibli bitkilər aşkarlanıb.
Milli.Az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı əməliyyat-axtarış tədbirləri çərçivəsində Dəmbəlov kəndi yaxınlığındakı meşəlik əraziyə baxış keçirilib.
Yoxlama zamanı ərazidə qanunsuz şəkildə bitən narkotik tərkibli xaş-xaş kolları müəyyən olunub. Aşkarlanan ümumilikdə 1520 ədəd xaş-xaş kolunun çəkisinin 349 kiloqram olduğu bildirilib.
Polis əməkdaşları tərəfindən həmin bitkilər müvafiq qaydada yığılaraq məhv edilib. Tədbirlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)