Masallıda qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

10.03.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, son 10 gün ərzində keçirilən tədbirlərlə rayon sakinlərindən qanunsuz saxladıqları müxtəlif markalı 32 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью