Masallıda qəza: Ərkivan qəsəbəsinin bir hissəsi qazsız qalıb

29.06.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masallı rayonunun Ərkivan qəsəbəsində qaz xəttinin zədələnməsi səbəbindən ərazinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 29-da saat 10:50-də müvafiq qurum tərəfindən aparılan qazıntı işləri zamanı baş verib.

Qaz xəttinin zədələnməsi ilə əlaqədar qəzanın nəticələrinin aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Ərkivan qəsəbəsinin bir hissəsinə qazın verilişi müvəqqəti dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью