Masallıda qəza: “Toyota Prado” ilə toqquşan “VAZ” əzikəzik oldu VİDEO

29.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 28-də axşam saatlarında Ərkivan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan 44-CK-858 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Toyota Prado” markalı avtomobilə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “VAZ” sürücüsünün əks istiqamətli yolla hərəkət etməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. 

Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью