Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.