Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.