MASALLIDA VƏTƏNDAŞ MƏMNUNLUĞU...

25.09.2025

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallıda rayon rəhbərinin 25 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu

Bu gün, 25 sentyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilərək qeydiyyata alınmışdır.

Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını vermişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью