Masallıda yeznəqayın arasında qanlı dava TƏFƏRRÜAT | Icma.az
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masallı rayonunda 1966-cı il təvəllüdlü Rafil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşının qardaşı Həşimə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 sentyabr 2024-cü ildə, saat 23 radələrində baş verib.
Rafil qohumu Həşimin yaşadığı Masallı rayonu, Təkdam kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun telefonda ona mütəmadi olaraq spirtli içki içməsi ilə bağlı iradlarını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı araşdırmaya məlum olmayan bıçaqla qəsdən onun sol bazu nahiyyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Rafilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Həşim onun qaynıdır:“Sentyabrın 11-də, axşam saatlarında qaynım Həşimə zəng edərək arvadımın onlarda olub-olmamasını soruşdum.
Həmin vaxt Həşim mənimlə telefonda kobud danışaraq nalayiq ifadələr işlətməyə başladı.
Tam oxu
Xəbəri oxu