Masallıda yol qəzası nəticəsində 4 kənd qazsız qaldı

28.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Masallı rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, rayon ərazisində yerləşən, "Tüklə" qaz paylayıcı stansiyasından qidalanan Hişkədərə, Mişkəmi, Kubin və Miyənkü kəndlərini təbii qazla təmin edən qaz xətti avtomobil qəzası nəticəsinə zədədlənib.

Nəticədə qeyd olunan kəndlərin ümumilikdə 4000-ə yaxın abonentinin  qaz təminatı saat dayandırılıb.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью