Masallıda zəhərləndiyi deyilən 30 yaşlı qadının meningitdən öldüyü məlum olub

11.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью