Masallıda zəncirvari qəza: Üç maşın birbirinə çırpıldı

06.12.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 5-də saat 15:00 radələrində Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-FX-632 dövlət nömrə nişanlı “Mercedes” markalı, 77-FD-779 dövlət nömrə nişanlı “KIA Optima” markalı və rus dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobillər toqquşub. Qəzaya səbəb yüksək sürət həddinin olduğu bildirilir. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью