Masallıda zibil poliqonu yanır FOTO

01.08.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı rayonunda yerləşən zibil poliqonunda yanğın başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, alovun tüstüsü ətraf ərazilərdən də müşahidə olunur.

Zibil poliqonunun ətrafı əsasən biçilmiş əkin sahələri ilə əhatə olunub, alovun bu sahələrə doğru yayılması təhlükəsinin qarşısını almaq üçün tədbir görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью