Masallıdakı məktəbdə direktorun otağı yandı YENİLƏNİB (FOTO)

04.02.2026

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın ümumi sahəsi 2200 m² (hər mərtəbəsi 1100 m²) olan ikimərtəbəli məktəb binasının 1-ci mərtəbəsində 1 otaqda qeydə alınıb. Yanğın nəticəsində 20 m² sahə yanıb.

Hadisəyə səbəb direktor otağında elektrik xətlərində yaranmış nasazlıq göstərilir.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

***

10:44

Masallı rayonunda yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində qeydə alınıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən yanğınla bağlı bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью