Masallının iki kəndinin yolları təmir olunub

29.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Masallı rayonunda 8 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 23 kilometr uzunluğunda Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, Allahyarlı (6,4 km) və Molalan (3,5 km) kəndlərinə gedən yolların yenidən qurulması yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью