Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Masallı rayonunun Təklə kəndinin yolları bərbad vəziyyətdədir. Kəndin əsas yolu tamamilə dağılıb, küçələrdə yağış, qrunt suları yığılaraq gölməçələr əmələ gətirib.
"Uşaqları dərsə aparıb-gətirə bilmirik. Palçıq olduğu üçün məktəbə getmək istəməyib ağlayırlar. Maşınla da apara bilmirəm, ehtiyat hissələri sıradan çıxır. Bilmirəm, aldığım pensiya ilə maşını, yoxsa yolu düzəltdirim", − deyə sakin narazılıq bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Masallının Təklə kəndinin əsas yolu tamamilə dağılıb