Masallının üç məktəbində “Son zəng” keçirilmədi Video

16.06.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Masallının bir neçə məktəbində “Son zəng” tədbiri keçirilməyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Paylaşımda qeyd olunub ki, Masallının 2, 3 və 6 nömrəli məktəblərində “Son zəng” baş tutmayıb. Bundan əlavə, digər bir neçə məktəbdə də eyni hal yaşanıb.

Sosial şəbəkə istifadəçilərinin iddialarına əsasən, buna səbəb şagirdlərə qoyulan məktəbli forması tələbi olub. Məlumata görə, bəzi məzunlar bu qaydanı qəbul etmədikləri üçün tədbirdə iştirak etməyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı xüsusi tələblər müəyyənləşdirilmişdi. Həmin qaydalara əsasən, tədbir zamanı şagirdlərin geyim forması, nizam-intizam və etik davranış normalarına riayət etmələri tələb olunurdu. Tələblərdən biri də məzunların tədbirə məktəbli formasında qatılması idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью