Masaya qoyun, bu gün imzalayım Kobaxidze

01.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İlk bəyanatımızda və bu günə qədərki bütün açıqlamalarımızda vurğulamışıq və hələ də bəyan edirik ki, biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk".

Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

O, bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunmasını utancverici və narahatedici adlandırıb.

"Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır. Aİ səfirinə xatırlatmaq istəyirəm: danışıqlara başladılmasını masaya qoyun və mən bu gün onu imzalayım”, - deyə Kobaxidze vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью