Masazır Novxanı yolunda təhlükə yaradan VƏZİYYƏT

05.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində işıqlandırmanın düzgün işləməməsi sürücüləri çətin vəziyyətə salıb.

Belə ki, gecə saatlarında yolun qaranlıq hissəsində hərəkət edən avtomobil sahibləri təhlükə ilə üzləşdiklərini bildirirlər.

"Bilmirəm, işıqların sönüb-yanması qənaətə görədir, yoxsa başqa səbəb var, amma bu vəziyyət sürücülərdə çaşqınlığa səbəb olur. Uzaq işıqlarını yandıraraq sürməli olduğumuza görə qarşıdan gələn avtomobillər üçün təhlükə yaranır", - deyə sürücü narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Masazır-Novxanı yolunda təhlükə yaradan VƏZİYYƏT

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью