Masazır sakinləri 142 nömrəli avtobusun sonuncu dayanacağa qədər getməməsindən ŞİKAYƏTÇİDİ…
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Masazır kəndində yerləşən 56 nömrəli Kəlbəcər məktəbinin 100 nəfərlik müəllim, texniki işçi və 900 şagirdi olan kollektivi adından Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçilər 142 nömrəli marşut avtobusunun axırıncı dayanacağa qədər getməməsindən şikayətçidirlər: “Ədalət naminə deyək ki, 142 nömrəli marşut çox yaxşı işləyir.
Marşrutun sürücüləri şagird və sərnişinlərlə çox yaxşı davranırlar.
Hətta bir neçə gün əvvəl marşrutun sürücüsü kartı olmayan vətəndaşa pulsuz kart da verdi.
Lakin bizim sıxıntımız 142 nömrəli marşrutun axırıncı dayanacağa qədər getməməsidir.
Belə ki, avtobus axırıncı dayanacağa çatmamış, “OBA” marketin qarşısında dayanır və oradan da geri qayıdır.
Avtobus sürcülərinə, eləcə də marşruta nəzarət edən dispetçerə deyirik, siz axırıncı dayanacağa getməlisiz, bəhanə edirlər ki, yol dardır, biz dönə bilmirik.
Tam oxu
Xəbəri oxu