Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məsələ nəzarətə götürülüb.Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq.
***17:28 Masazır qəsəbəsi üzrə hərəkət edən 525 nömrəli marşrut avtobusları ilə bağlı sərnişinlər ciddi narazılıq bildirirlər.
Sakinlərin sözlərinə görə, avtobuslar köhnədir, nə texniki baxımdan, nə də təmizlik baxımından qaydalara cavab verir.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, vətəndaşlar avtobusların içərisinin təmizlənmədiyini, tutacaqların və oturacaqların bərbad vəziyyətdə olduğunu deyirlər.
Onların dediyinə görə, nəqliyyat vasitələrinə normadan artıq sərnişin qəbul olunur və bu da hərəkət zamanı təhlükəli vəziyyət yaradır.