Masazır və Zabratı su basdı: Sakinlər çətin VƏZİYYƏTDƏ | Icma.az
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Sabunçu rayonu, Zabrat yolunda avtomobillər suyun içində qalıb.
Yola yığılan su nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olub. Həmçinin maşınların qeydiyyat nömrə nişanları da düşərək itib.
"Altı ilə yaxındır ki, Sabunçuda yaşayıram. Yağış yağanda vəziyyət həmişə belə olur.
Maşınımın nömrəsi itib, bir saatdan çoxdur ki, nömrə axtarıram, hələ də tapa bilmirəm", - zərərçəkən sürücü deyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem aradan qaldırılmaqdadır, hazırda ərazinin sulardan təmizlənməsi işləri görülür.
Masazır və Zabratı su basdı: Sakinlər çətin VƏZİYYƏTDƏ Həmçinin Abşeronun Masazır qəsəbəsində də güclü yağış bir çox küçə və qəsəbələrdə çətin vəziyyət yaradıb.
Ev və obyektləri su basıb, yollar keçilməz hala düşüb. Sakinlər illərdir eyni vəziyyətlə üzləşdiklərini deyirlər.
"Yorğan-döşək suyun içindədir. 25 ildir ki, bu vəziyyətdəyik. Yağış yağanda Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi suyun altında qalır.
Tam oxu
Xəbəri oxu