Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ

02.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masazır dairəsi yaxınlığında yolun bir sıra hissələrində yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqların olmaması sürücülər üçün təhlükə yaradır.

Avtosfer.az Ekologiya.az-a istinadla xəbər verir ki, problem Sumqayıt istiqamətindən Masazır dairəsinə gedən köməkçi yolda müşahidə olunur. Yol boyunca müəyyən məsafələrlə yerləşdirilən yağış sularının axıdılması dəliklərinin bir qisminin üzərində qoruyucu barmaqlıqlar yoxdur.

Bəzi hissələrdə barmaqlıqların olmaması xüsusilə yağışlı hava şəraitində sürücülər üçün risk yaradır. Açıq qalan dəliklər nəqliyyat vasitələrinin zədələnməsinə və qəza hallarına səbəb ola bilər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza hələlik cavab verilməyib.

Qeyd edək ki, AAYDA tərəfindən məsələyə münasibət bildirildiyi təqdirdə qurumun açıqlamasını dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью