Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü

13.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью