Masazırda 41 yaşlı kişi gecəyarısı arvadına şiddət göstərdi TƏFƏRRÜAT | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunda 1984-cü il təvəllüdlü Əhməd ailə mübahisəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 8-də rayonun Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində baş verib.
Füzuli rayon sakini Əhməd həmin gün gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Könülün ona həmin vaxtı həmin evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşib.
Aralarında ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib.
Həmin mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə, təpik, ayaq zərbələri ilə isə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Tam oxu
Xəbəri oxu