Masazırda 57 yaşlı şəxsin cərəyan vurması nəticəsində ölməsi faktı araşdırılır

15.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masazırda elektrik cərəyanı vurması nəticəsində şəxsin ölməsi faktı araşdırılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью