Masazırda ağır qəza Yaralılar var

18.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Masazır qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, "Naz Lifan" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 5 nəfərə yardım göstərildikdən sonra evə buraxılıb. Bir nəfər reanimasiya şöbəsindədir

Faktla bağlı araşdırma aparılır. 

Nuranə Abbasova


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью