Masazırda bayquş ulayırdı!

16.08.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Məlum olduğu kimi, bu gün premyer-liqanın birinci turunda “Sabah” “Kəpəz”lə qarşılaşdı.
Bank Respublika Arenada keçirilən görüş 4 gün öncə ki mənzərədən xəbər vermirdi. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Orhus”la qarşılaşmada komandanı dəstəkləməyə gələn azarkeşlər tribunaları doldurmuşdu. “Football-plus.az” olaraq klubun mətbuat katibindən əldə etdiyimiz məlumata görə cəmi 1132 tamaşaçı matçı izləyirdi.
Ölkə çempionunun mövsümün ilk oyununa marağın belə aşağı olması isə ciddi çatışmamazlıqdı. Xüsusilə də “Sabah”ın ötən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olduğu və hazırda Çempionlar Liqasında mübarizə apardığı nəzərə alınsa, 1132 nəfərlik azarkeş sayı heç də ürəkaçan görünmür.
Boş tribunalarda sanki bayquş ulayırdı!
İSRAYIL XEYRULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью